Medianews.az
UEFA “Qarabağ”ı böyük məbləğdə
99 baxış

UEFA “Qarabağ”ı böyük məbləğdə cərimələdi

UEFA İntizam Komitəsi "Qarabağ" klubunu 17500 avro cərimələyib.

Medianews.az axar.az-a istinadən bildirir ki, buna səbəb azarkeşlərin UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda Bakıda Almaniyanın "Ayntraxt" klubuna qarşı keçirilən oyunda səsləndirdiyi şüarlar olub.

Ağdam təmsilçisi "idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi" və "ümumilikdə futbolun və xüsusilə UEFA-nın nüfuzuna zərər vurulması" səbəbilə 17 500 avro məbləğində cərimələnib. Bundan əlavə, "Qarabağ"ın bilet nəzarəti qaydalarını da pozduğu bildirilir.

Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" matçı meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bizə qoşulun