Xaricdə yaşayan gənc qızın TikTok platformasında açdığı canlı yayım zamanı baş verən hadisə sosial mediada geniş rezonans doğurub.
Medianews.az xəbər verir ki, iddialara görə, valideynləri qızlarının canlı yayım etməsinə qəzəblənərək otağa daxil olub və ona fiziki zorakılıq tətbiq ediblər.
Görüntülərdə gənc qızın telefon vasitəsilə canlı yayım etdiyi anda valideynlərinin otağa daxil olduğu və ona təpik və yumruqlarla hücum etdiyi əks olunub. Hadisə canlı yayımlandığı üçün izləyicilər baş verənləri anbaan izləyiblər.
Videonun qısa müddətdə sosial şəbəkələrdə yayılması ciddi narazılıq və etirazlara səbəb olub.
Hadisənin hansı ölkədə baş verdiyi dəqiq açıqlanmasa da, sosial mediada istifadəçilər məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırma aparmasını tələb edirlər.
Faktla bağlı rəsmi qurumların açıqlaması gözlənilir.
Medianews.az