Medianews.az
5 yaşlı qızına zorla
58 baxış

5 yaşlı qızına zorla döymə etdirdi

ABŞ-də qadın beş yaşlı qızına döymə etdirib.

Medianews.az xəbər verir ki, hadisə 2023-cü ilin aprelində, Texas ştatında baş verib.

Məlumata görə, qadın 5 yaşlı qızının əllərini və ayaqlarını bağlayıb, ağzını yapışqan lentlə örtüb. Daha sonra əri uşağın ayağına döymə edib.

Məktəbdə məüəllim beş yaşlının ayağında iltihab və ağrı olduğunu görərək aidiyyəti qurumlara məlumat verib. Ana isə döyməni gizlətmək üçün limon suyu, duz və sirkə ilə silməyə çalışıb, dərini kobud şəkildə ovuşdurub. Nəticədə uşaq xəstəxanaya yerləşdirilib və döymə dərinin bir hissəsi ilə birlikdə çıxarılıb.

Sonrakı araşdırma nəticəsində məlum olub ki, qadın müəllimlərə döyməni qələm izləri kimi təsvir edib.

Qadının 9 yaşlı qızına da döymə etdirdiyi üzə çıxıb.

O, həmçinin böyük qızını hüquq-mühafizə orqanlarından gizlədib, uşaqları məktəbdən uzaqlaşdırıb, 17 yaşlı şahidi yalan ifadə verməyə məcbur edib.

Məhkəmə törədilən əməli ağır qiymətləndirib və qadını 3 il azadlıqdan məhrum edib.

Medianews.az

Bizə qoşulun