Medianews.az
8 oyunçuda dopinq
151 baxış

8 oyunçuda dopinq aşkar edildi

2026-cı il Dünya Çempionatı ərəfəsində Tunis milli komandasının səkkiz oyunçusunun analizlərində qadağan olunmuş maddə (dopinq) aşkar edilib.

Medianews.az xəbər verir ki, bu haqda “The Times” nəşri məlumat yayıb.

İdmançıların qanında qadağan olunmuş klenbuterol maddəsinin izləri tapılıb. Ehtimal olunur ki, həmin maddə komandanın Meksikadakı təlim-məşq toplanışı zamanı verilən yerli ətdən keçib. Oyunçuların çıxış etdikləri klublara nəticələr barədə məlumat verilib, lakin ciddi sanksiyaların tətbiqi gözlənilmir.

Qeyd edək ki, Tunis millisi Dünya Çempionatının üçüncü mərhələsində Niderland komandasına məğlub olub. Oyun 3:1 hesabı ilə başa çatıb.

Bizə qoşulun