Medianews.az
Bakıda son 30 ildə iyunun ən isti və ən sərin günləri
141 baxış

Bakıda son 30 ildə iyunun ən isti və ən sərin günləri BU TARİXLƏRDƏ OLUB

Bakı sakinlərinin bir çoxu hesab edir ki, geridə qoyduğumuz iyun ayı paytaxtımızda əvvəlki illərin əksəri ilə nisbətdə daha sərin keçib.

Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Medianews.az-a bildirib ki, Bakıda son 30 il ərzində iyun ayı üzrə ən yüksək temperatur 2021-ci il iyunun 26-da qeydə alınıb: “Həmin gün havanın maksimal temperaturu 41 dərəcəyə yaxın isti təşkil edib.

Son 30 il ərzində paytaxtda iyun ayı üzrə ən aşağı temperatur isə 1996-cı il iyunun 2-də müşahidə olunub. Həmin gün Bakıda havanın temperaturu 8 dərəcə isti təşkil edib”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun