Medianews.az
Londonda Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri
90 baxış

Londonda Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri vəfat etdi

Böyük Britaniyada Azərbaycan icmasının nümayəndəsi, London şəhərində Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzinin rəhbəri Əli Tekin Atalar vəfat edib.

Bu barədə Azərbaycanın Londondakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, Əli Tekin Azərbaycanın Böyük Britaniyada tanıdılması və Azərbaycan icmasının birliyi istiqamətində böyük xidmətlər göstərib:

"Onun Azərbaycan və Britaniya arasında əlaqələrin inkişafına, Azərbaycan - Türkiyə qardaşlığının möhkəmlənməsinə verdiyi töhfələr hər zaman ehtiramla xatırlanacaq. Ailəsinə, yaxınlarına və onu sevən hər kəsə dərin hüznlə başsağlığı verir, səbir diləyirik", - deyə paylaşımda qeyd edilib.

Bizə qoşulun