ABŞ NATO-ya hərbi töhfələrini əhəmiyyətli dərəcədə azaltmağı planlaşdırır.
Medianews.az metbuat.az-a istinadla xəbər verir ki, Pentaqonun yüksək vəzifəli rəsmisi ötən həftə NATO-nun Brüsseldəki qərargahında keçirilən gizli görüşdə Avropa müttəfiqlərini Tramp administrasiyasının planları barədə məlumatlandırıb.
Almaniyanın “Der Spiegel” jurnalında dərc olunan xəbərə görə, Avropa rəsmiləri planlaşdırılan ixtisarların miqyasından təəccübləniblər.
Həmçinin bildirilib ki, ABŞ müdafiə naziri Pit Heqsetin nümayəndəsi Aleksandr Velez-Qrin müttəfiqlərə ABŞ-nin NATO-nun hazır qüvvələr hovuzuna daha az resurs ayırmağı planlaşdırdığını deyib.
Bu plana pilotsuz uçuş aparatlarının, qırıcı təyyarələrin, havada yanacaq doldurma təyyarələrinin, eləcə də hərbi gəmilərin və digər dəniz qüvvələrinin sayının azaldılması daxildir.