Medianews.az
ABŞ və İran arasında müharibənin dayandırılması üzrə
96 baxış

ABŞ və İran arasında müharibənin dayandırılması üzrə razılaşma yaxınlaşır

ABŞ və İran arasında müharibənin dayandırılması və nüvə danışıqları çərçivəsini müəyyən edən razılaşmanın imzalanmasına yaxınlaşılır.

Medianews.az ABŞ mediasına istinadən xəbər verir ki, tərəflər 14 maddəlik memorandum üzərində razılığa gəlmək üzrədir.

Sənəd uranın zənginləşdirilməsinin dayandırılması, sanksiyaların ləğvi, dondurulmuş maliyyə vəsaitlərinin açılması və Hörmüz boğazı üzərində məhdudiyyətlərin aradan qaldırılmasını nəzərdə tutur.

Planlaşdırılan razılaşmaya əsasən, müzakirələr uğurlu olarsa 30 günlük keçid dövrü başlayacaq və danışıqlar İslamabad və ya Cenevrədə davam etdiriləcək. Bu müddətdə İran nüvə fəaliyyətlərini dayandıracaq, ABŞ isə dondurulmuş milyardlarla dollar vəsaiti sərbəst buraxacaq.

Bununla belə, bütün maddələr yekun sazişin imzalanmasından asılıdır. Razılaşma baş tutmazsa, hərbi əməliyyatların yenidən bərpa olunması ehtimalı qalır.

Ən mübahisəli məsələ isə nüvə proqramının dayandırılma müddətidir. ABŞ ən az 12 illik məhdudiyyət tələb edir, İran isə nüvə silahı istehsal etməyəcəyinə dair öhdəlik götürür.

Medianews.az

 

Bizə qoşulun