İyulun 2-si axşam vaxtlarında X1.1 dərəcəli ən üst səviyyəli partlayışın səbəb olduğu plazma kütləsinin planetimizə çatması nəticəsində maqnit qasırğasının baş verməsi ehtimal olunur. Qasırğanın G3 səviyyəsinə çatacağı gözlənilir.
Bu barədə məlumatı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutunun Günəş astronomiyası laboratoriyası yayıb.
Bundan öncə, iyunun ilkin günlərindən etibarən Günəş səthində müşahidə edilən və X1.1 dərəcəsinə qədər yüksələn ən güclü partlayışla bağlı xəbər verilmişdi.
"Partlayışın orta şiddətli olmasına baxmayaraq, fəal Günəş mərkəzləri hazırda, demək olar ki, tam olaraq Günəş-Yer xətti boyunca mövqe tutduğundan zərbənin təsiri olduqca aydın hiss ediləcək. Belə vəziyyətdə maksimum dərəcəli qasırğalar və ya radiasiya fırtınaları ehtimal edilmir, hətta G4 səviyyəsinin belə qeydə alınması çətindir, lakin G3 kateqoriyasına aid (güclü) hadisələrin baş verməsi qaçılmaz görünür. Sözügedən fırtınanın bu ilin mart ayından etibarən müşahidə olunan ən güclü qasırğa olacağı ehtimal edilir", - məlumatda bildirilir.
Mütəxəssislər qeyd edirlər ki, alışmanı müşayiət edən plazma buludu artıq sabah Moskva vaxtı ilə saat 09:00-dan 00:00-dək olan intervalda Yerə çatacaq./oxu.az