Medianews.az
Aparıcı sərxoş halda efirə çıxdı,
80 baxış

Aparıcı sərxoş halda efirə çıxdı, məşhurlaşdı - VİDEO

Avstraliyalı idman aparıcısı Danika Meyson sərxoş halda efirə çıxdığı üçün gündəmə gəlib.

Medianews.az xəbər verir ki, o, “Nine” telekanalın “Today” verilişində İtaliyada keçirilən Olimpiya Oyunlarından danışarkən canlı yayıma qoşulub.

Çıxışı zamanı sözləri ləng və anlaşılmaz olub.

Video qısa zamanda viral olub. Bəzi izləyicilər aparıcını qeyri-peşəkarlıqda ittiham etsə də, digərləri çıxışı əyləncəli hesab edərək ona dəstək veriblər. Sosial şəbəkələrdə çoxsaylı müsbət rəylər yazılıb.

Danika Meyson daha sonra sərxoş halda efirə çıxdığını etiraf edib və üzr istəyib. O bildirib ki, belə vəziyyətdə efirə çıxmamalı idi və baş verənlərə görə tam məsuliyyəti öz üzərinə götürür.

Medianews.az

Bizə qoşulun