Medianews.az
Arvadını amansızca qətlə yetirdi -
52 baxış

Arvadını amansızca qətlə yetirdi - Sevgililər Günündə

ABŞ-də kişi Sevgililər Günündə 36 yaşlı həyat yoldaşını qətlə yetirib.

Medianews.az xəbər verir ki, hadisə 2025-ci ilin fevral ayında baş verib.

Kişinin vəkili iddia edir ki, o, cinayəti arvadının xəyanət etdiyindən şübhələndiyi üçün edib.

Qadın çoxsaylı xəsarətlərlə ölü tapılıb. İstintaq nəticəsində məlum olub ki, kişi qadını boğub, döyüb, sonra isə 40 dəfə bıçaqlayıb. Cinayəti törətdikdən sonra, mərhumun ailəsinə cinayət yerinin şəkillərini göndərib.

Kişi, etdiklərinin qısqanclıqla əlaqələndirib. Onun sözlərinə görə, Sevgililər Gününü qeyd edərkən həyat yoldaşı ona soyuq davranıb. O, həmçinin bir gün əvvəl həyat yoldaşının həmkarı ilə əl-ələ tutduğu şəkli aldığını deyib.

Girovsuz saxlanılan kişinin hökmü fevralın 20-də oxunacaq.

Medianews.az

Bizə qoşulun