Medianews.az
“İdrak” liseyində güllələnən müəllimin
119 baxış

“İdrak” liseyində güllələnən müəllimin SON DURUMU AÇIQLANDI

06.02.2026-ci il tarixində Binəqədi rayonu "İdrak" liseyindən təcili tibbi yardım briqadası vasitəsilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 1997-ci il təvəllüdlü şəxs (qadın) üzərində boyun nahiyəsində yad cismin xaric edilməsi əməliyyatı uğurla icra olunub.

Bu barədə Medianews.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

Aparılmış diaqnostik radioloji müayinələrdən sonra boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkar olunub. Xəstə dərhal cərrahi əməliyyata qəbul olunub, əməliyyat fəsadsız başa çatıb.

Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağır olaraq qiymətləndirilir. Həyatı üçün təhlükə yoxdur.

Xatırladaq ki, bu gün səhər saatlarında Bakıda yerləşən “İdrak” liseyinin qarşısında silahlı insident baş verib. Liseyin 10-cu sinif şagirdi 28 yaşlı müəllimi – Şəhla Kamilovanı ov tüfəngi ilə güllələyib. 

Hadisəni törədən şagird isə polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan ov silahı götürülüb.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bizə qoşulun