Hindistanın Odişa ştatında Bhitarkanika Milli Parkının yaxınlığında yerləşən kəndlərin sakinləri timsahlara sitayiş etməyə başlayıblar.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, son on ildə bölgədəki timsah populyasiyası xeyli artıb.
Milli parkda yer tükəndiyindən, onlar kəndlərin yaxınlığındakı çaylara, dərələrə və gölməçələrə doğru hərəkət edərək insanlara və mal-qaraya hücum edirlər. Əvvəlcə yerli sakinlər hökumətin müdaxiləsinə ümid ediblər, lakin vəziyyət pisləşməyə davam edib. Qorxmuş insanlar daha sonra dini ayinlərə müraciət ediblər.
Hər il Agni Utsav Purnima festivalı zamanı yüzlərlə qız çay sahilində toplaşır. Onlar gildən timsah fiqurları düzəldir və onlara dua edirlər. Yerli sakinlər bunun kömək etdiyinə inanırlar: deyirlər ki, bu ənənə yarandığı vaxtdan bəri heç kim timsahlar tərəfindən zədələnməyib.
Medianews.az