ABŞ-də özünü plastik cərrah kimi təqdim edən qadın xəstənin üzünü eybəcər hala salıb.
Medianews.az xəbər verir ki, hadisə Massaçusets ştatında baş verib.
2020-ci ilin yanvar ayında 34 yaşlı Dinqruy Vanq özünü peşəkar həkim kimi təqdim edib və bir müştərini işinə cəlb edib. Qadın blefaroplastika əməliyyatı üçün qəbula yazılıb. Xəstənin sözlərinə görə, ilk göz qapağı əməliyyatından sonra o, qadının qeyri-peşəkarlığından şübhələnib və getmək istəyib. Lakin Vanq qadını əməliyyat masasına itələyərək proseduru davam etdirib.
Zərərçəkmiş prosedur zamanı şiddətli ağrı hiss etdiyini xatırlayır. Məlum olub ki, qadının göz qapaqlarına ABŞ Qida və Dərman Administrasiyası tərəfindən təsdiqlənməmiş anesteziya və doldurucular vurulub. Bu, qadının göz qapaqlarında çapıqlar buraxıb.
Xəstə polisdən kömək istəyib və polis qadının Massaçusets ştatında tibbi lisenziyasının olmadığını aşkar edib. Onun bütün gördüyü işlər qanunsuz həyata keçirilib.
Medianews.az