Gəncədə qadına bıçaqla xəsarət yetirilib.
Medianews.az Teleqraf-a istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Aygün İsmayılova bıçaq yarası ilə xəstəxanalardan birinə yerləşdirilib.
İlkin məlumata görə, 36 yaşlı qadını bıçaqlamaqda əri şübhəli bilinir.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
***
Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində A.İsmayılovaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən əri, 40 yaşlı Ruslan Novruzov saxlanılaraq istintaqa təhvil verilib.
Bu barədə Oxu.az məlumat yayıb.