Medianews.az
Mütəxəssis:
79 baxış

Mütəxəssis: Naringinin gizli faydası qabıqda imiş

Qida təhlükəsizliyi üzrə ekspert Kristina Loranın sözlərinə görə, bir çox insan naringini yeyərkən ümumi bir səhvə yol verir.

Medianews.az xəbər verir ki, mütəxəssis bildirib ki, insanlar meyvənin qabığını soyduqdan sonra üzərində qalan ağ lifləri (albedo) də təmizləyirlər. Halbuki bu hissə mandarinlərin ən faydalı komponentlərindən biridir.

Araşdırmalara əsasən, bu liflərdə yüksək miqdarda antioksidantlar və bağırsaq sağlamlığını dəstəkləyən pektin mövcuddur. Pektin həmçinin qanda “pis” xolesterinin səviyyəsinin azalmasına kömək edə bilər.

Ekspert vurğulayıb ki, ümumilikdə mandarinlər C vitamini ilə də zəngindir və bu meyvənin ağ hissəsini atmaq onun faydasını azaltmaq deməkdir.

Medianews.az

Bizə qoşulun