İspaniyanın "Atletiko Madrid" klubunda çıxış edən norveçli hücumçu Aleksandr Sörlotun gələcəyi ilə bağlı yeni transfer iddiası ortaya atılıb.
Medianews.az -ın məlumatına görə, futbolçu ilə maraqlanan klublar sırasına "Barselona" da qoşulub.
İddialara əsasən, "Fənərbağça"nın da transfer siyahısında yer alan 30 yaşlı forvardın Dünya Çempionatından sonra Madrid təmsilçisindən ayrılmaq ehtimalı artıb.
Türkiyə mətbuatında yer alan xəbərlərə görə, "Fənərbağça"da prezident seçkiləri ərəfəsində həm Hakan Safinin, həm də Aziz Yıldırımın transfer planlarında Sörlotun adı var. Lakin futbolçuya Avropadan da ciddi maraq göstərildiyi bildirilir.
Məlumatlarda qeyd olunur ki, "Barselona" hücum xətti üçün daha münasib maliyyətli variantlar axtarır və Sörlot əsas namizədlərdən biri hesab olunur. Kataloniya klubunun yaxın vaxtlarda "Atletiko Madrid"lə danışıqlara başlaya biləcəyi vurğulanır.
Transferin təxminən 30 milyon avroya başa gələ biləcəyi bildirilir. Həmçinin norveçli futbolçunun da "Barselona" variantına müsbət yanaşdığı iddia olunur.
Aleksandr Sörlot ötən mövsüm "Atletiko Madrid"in heyətində 54 rəsmi oyunda meydana çıxıb. Təcrübəli hücumçu bu matçlarda 20 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.