Əhalinin sərəncamda qalan gəlirlərində müsbət artım dinamikası müşahidə edilməyinə baxmayaraq, əhalinin borc yükünün sərəncamda qalan gəlirlərdəki payı artmaqdadır. Belə ki əhalinin borc yükünün sərəncamda qalan gəlirlərinə nisbəti 2024-cü ilin sonu ilə müqayisədə 2025-ci ilin eyni dövründə 0.4 faiz bəndi artaraq 18.4% olub.
Medianews.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Qeyd edilib ki, ipoteka portfeli üzrə qeyri-işlək kredit (QİK) əmsalı son illərin ən aşağı həddindədir.