Azərbaycanın 2026-cı il büdcəsində bir barrel neft 65 dollardan götürülüb.
Medianews.az bildirir ki, “AzəriLayt” markalı Azərbaycan nefti yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35, maya 122,26, iyuna 104,58 dollarla başlayıb.
Neft fevralın 28-dən ABŞ və İsraillə İran arasında artan gərginlik dalğasında bahalaşıb.
İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.
2026-cı ilin ilk dörd ayında ölkədə kondensatla birlikdə 8,8 milyon ton neft çıxarılıb, xaricə 4,3 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub.