Medianews.az
Naxçıvanda Prezident nümayəndəliyinə
217 baxış

Naxçıvanda Prezident nümayəndəliyinə 1-ci kateqoriya DÖVLƏT ORQANI statusu verilir

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi 1-ci kateqoriya dövlət orqanı statusuna malik olacaq.

Medianews.az xəbər verir ki, sözügedən məsələ "Dövlət qulluğu haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Qanun layihəsi Azərbaycan Respublikasında həyata keçirilən genişmiqyaslı struktur və idarəetmə islahatlarının tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasında (MR) idarəçilik modelinin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi MR-də Prezidentin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır.

Nümayəndəliyə rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən, birbaşa Prezidentə tabe olan MR-dəki səlahiyyətli nümayəndə həyata keçirir.

Təklif edilən digər dəyişikliklərə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinləri vəzifələri inzibati vəzifələr təsnifatından çıxarılır, MR-də Prezidentin səlahiyyətli nümayəndəsinin köməkçisi vəzifəsi isə üçüncü təsnifat vəzifələr siyahısına daxil edilir.

Bu dəyişiklikdən sonra "Dövlət qulluğu haqqında" AR Qanunu Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi və onun müavinlərinə şamil olunmayacaq.

Bizə qoşulun