Türkiyənin "Fənərbağça" klubunun keçmiş baş məşqçisi Domeniko Tedeskonun karyerasındakı növbəti komanda artıq məlumdur.
İtaliya A Seriyasında mübarizə aparan "Bolonya" klubu 40 yaşlı mütəxəssislə razılığa gəlindiyini rəsmən açıqlayıb.
Tərəflər arasında əldə olunan razılaşmaya əsasən, gənc çalışdırıcı ilə 2+1 illik rəsmi müqavilə imzalanıb.
Xatırladaq ki, italiyalı mütəxəssis geridə qalan mövsümdə "Fənərbağça"nın baş məşqçisi kimi ümumilikdə 45 qarşılaşmada komandanı meydana çıxarıb. Onun rəhbərliyi dönəmində İstanbul təmsilçisi 26 dəfə meydandan qalib ayrılıb, 12 matçda heç-heçə edib və 7 dəfə məğlubiyyətlə üzləşib./oxu.az