Medianews.az
Azyaşlı uşaq polisə
147 baxış

Azyaşlı uşaq polisə silah tuşladı

ABŞ-də polis əməkdaşları təhlükəli hadisə ilə üzləşiblər. 

Medianews.az xəbər verir ki, hadisə Minnesota ştatında baş verib. 

Yol hərəkəti qaydasını pozduğu üçün saxlanılan 37 yaşlı kişinin avtomobilində üç azyaşlı uşaq olub. Polisin bildirdiyinə görə, uşaqlardan biri pampers paketindən salfet götürmək istəyərkən içəridən doldurulmuş tapança çıxarıb və onu polis əməkdaşlarına tərəf çevirib.

Hüquq-mühafizə orqanları uşağı sakitləşdirərək silahı oturacağın üzərinə qoymağa razı sala biliblər. Daha sonra tapança götürülüb.

Kişi silahı özünü müdafiə məqsədilə saxladığını desə də, polis onu həbs edib. Hadisə ilə bağlı araşdırma aparılır.

Medianews.az

Bizə qoşulun