Medianews.az
Gödəkçəsi eskalatorda ilişən kişi
273 baxış

Gödəkçəsi eskalatorda ilişən kişi ÖLDÜ - FOTO

ABŞ-də metroda 40 yaşlı kişi eskalatorla enərkən müvazinətini itirib və gödəkçəsi mexanizmə ilişib. Faciə nəticəsində kişi Stiven MakKlaski həyatını itirib.

Medianews.az xəbər verir ki, hadisə fevralın 27-də Boston şəhərində “Davis” metro stansiyasında baş verib.

O, paltarını çıxarmağa çalışsa da, parça boynuna dolaşaraq onu boğmağa başlayıb.

Müşahidə kameralarının görüntülərində ondan çox insanın hadisəyə müdaxilə etmədən yanından keçdiyi görünür. Eskalator təxminən 20 dəqiqə sonra dayandırılıb. Xilasedicilər kişini çıxarmaq üçün eskalatoru sökməli olublar.

Komaya düşən kişi 10 gün sonra ürəktutmadan vəfat edib. Hadisə ilə bağlı araşdırma aparılır.

Medianews.az

Bizə qoşulun