Medianews.az
Türkiyədə tətil naminə keçmiş ərinə qarşı sui-qəsdə razılaşıbmış
88 baxış

Türkiyədə tətil naminə keçmiş ərinə qarşı sui-qəsdə razılaşıbmış

Böyük Britaniyada 35 yaşlı qadın keçmiş ərinə qarşı sui-qəsddə iştirak etməkdə təqsirli bilinib.

Medianews.az xəbər verir ki, hadisə 2025-ci ilin fevralında baş verib.

İki nəfər Plimut şəhərində kişinin evinə girərək onun üzərinə sulfat turşusu töküb. Ağır yanıq xəsarətləri alan kişi əvvəl bir gözünü itirib. Uzun müalicədən sonra isə xəstəxanada dünyasını dəyişib.

Araşdırma zamanı məlum olub ki, hücum narkotik alverçisi “Frost” ləqəbli şəxsin sifarişi ilə həyata keçirilib.

O da aydın olub ki, “Frost” kişinin keçmiş həyat yoldaşına pul və Türkiyəyə tətil vəd edərək onu cinayətkar dəstə ilə əməkdaşlığa razı salıbmış.

Qadın keçmiş ərini öldürmək niyyətinin olmadığını desə də, məhkəmə onu ehtiyatsızlıqdan adam öldürməkdə təqsirli bilib. Cinayətkar dəstənin rəhbəri isə hazırda axtarışdadır.

Medianews.az

Bizə qoşulun