Yaponiyanın Baş naziri Sanae Takaiçinin videosu iki həftədən az müddətdə 100 milyondan çox baxış sayı qazanıb və yapon YouTube seqmentində fenomenə çevrilib.
Medianews.az xəbər verir ki, video ölkənin Hakim Liberal-DemokratİK Partiyasının kanalında yayımlanıb.
"Sədr Takaiçinin Mesajı: Gəlin yapon arxipelaqını güclü və çiçəklənən edək" adlı videoda baş nazir Yaponiyanın gələcəyi üçün dəyişiklik və qətiyyətli hərəkətə ehtiyac olduğunu bildirib. 6 fevral səhəri etibarilə baxış sayı 130 milyonu keçib.
Lakin Liberal Demokrat Partiyasının kanalında yerləşdirilən digər videolar oxşar rəqəmlərə çatmayıb. Bu, aktiv müzakirələrə səbəb olub. Bir çox istifadəçi videoya şərh yazaraq, baxış sayının satın alınıb manipulyasiya edilə biləcəyini iddia edib.
Medianews.az