Medianews.az
Başqa ölkədə gizli evləndi,
74 baxış

Başqa ölkədə gizli evləndi, həbs olundu

Sinqapurda bir qadın başqa ölkədə ikinci dəfə evləndiyi üçün üç ay müddətinə həbs cəzasına məhkum edilib.

Medianews.az xəbər verir ki, 36 yaşlı Vyetnam vətəndaşı olan qadın 2008-ci ilin avqust ayında 54 yaşlı Sinqapur vətəndaşı ilə evlənib.

2012-ci ildə Thuy tibbi müalicə üçün vətəninə qayıdıb və orada bir vyetnamlı kişi ilə münasibətə başlayıb. 2015-ci ildə sevgilisindən hamilə qalıb və onunla evlənib. O, yalnız 2017-ci ildə birinci evliliyini bitirib.

Vyetnam hakimiyyəti 2018-ci ildə qadının ilk evliliyini öyrənib. Birinci evliliyi bitirmədən ikinci evliliyin baş tutması səbəbindən ikinci evlilik ləğv edilib. 18 dekabr 2025-ci ildə qadın Sinqapur məhkəməsi qarşısına çıxıb. O, hazırda 10 yaşlı uşağı böyütdüyünü və yaşlı anasına tək baxdığını bildirib.

Bütün hallar nəzərə alınmaqla, qanunla belə bir cinayətə görə yeddi il həbs cəzası nəzərdə tutulsa da, o, üç ay müddətinə azadlıqdan məhrum edilib.

Medianews.az

 

Bizə qoşulun