Medianews.az
Bərpaolunan enerji: Avropada işlər plana uyğun getmir
122 baxış

Bərpaolunan enerji: Avropada işlər plana uyğun getmir

Avropa Birliyi ölkələrində 2024-cü ildə enerji istehlakının 25,2%-i bərpaolunan enerjinin payına düşüb. 2023-cü illə müqayisədə bu enerji mənbəyinin payı 0.7% artıb. 2030-cu ilə qədər bərpaolunan enerji istehlakının payının 42,5%-ə yüksəldilməsi planlaşdırılıb.

Qarşıya qoyulan məqsədə çatmaq üçün illik artım 2,9% olmalıdır. Ancaq son illər artım heç 1%-i də aşmır və bu artım tempi qənaətbəxş deyil.

Məsələn, 2021-2024-cü illərdə bərpaolunan enerji istehlakının payı 21,9%-dən 25,2%-ə yüksəlib. İllik artım nəzərdə tutulandan az - orta hesabla 0,8% olub.

Avropa Birliyi ölkələri arasında bərpaolunan enerji istehlakının ən yüksək payı İsveç (62,8%), Finlandiya (52,1%) və Danimarkada (46.8%), ən aşağı payı İrlandiya (16.1%), Lüksemburq (14.7%) və Belçikada (14.3%) qeydə alınıb.

Məsələ ondadır ki, lider ölkə olan İsveçdə bərpaolunan enerji istehlakının payı azalaraq 66%-dən 62,8%-ə düşüb.

Samir Əliyev, 
iqtisadçı

Bizə qoşulun