Medianews.az
Milyonları göyə sovurdu, zibilyığan oldu -
80 baxış

Milyonları göyə sovurdu, zibilyığan oldu - FOTO

Böyük Britaniyada 19 yaşında lotereyada təxminən 10 milyon funt sterlinq (təxminən 580 milyon türk lirəsi) qazanan Maykl Kerroll bütün sərvətini cəmi 8 il ərzində xərclədikdən sonra yenidən zibil yığmaq işinə qayıdıb.

Milli.Az xəbər verir ki, 2002-ci ildə cəmi 1 funt sterlinqlik lotereya bileti ilə cekpotu qazanan Kerroll gənc yaşda böyük sərvəti idarə etməkdə çətinlik çəkib. Britaniya mediasında "ən mübahisəli lotereya qaliblərindən biri" kimi tanınan Kerroll qısa müddətdə pullarını ailə üzvlərinə paylayıb, "Reyncers" futbol klubuna ianələr edib, lüks həyat tərzinə aludə olub.

O, malikanələr, bahalı avtomobillər, qızıl məmulatları alıb, dəbdəbəli məclislər təşkil edib. Kerroll sonradan etiraf edib ki, bu dövrdə narkotik və alkoqol asılılığı ilə mübarizə aparıb və bəzi günlərdə minlərlə funt sterlinqi kokainə xərcləyib. O, eyni zamanda təhdid və şantaj hallarına məruz qaldığını da bildirib.

2010-cu ildə lotereyadan qazandığı pul demək olar ki, tamamilə tükəndikdən sonra Kerroll yenidən zibil yığmaq işinə qayıdıb. Sonrakı illərdə müxtəlif işlərdə çalışaraq həyatını davam etdirib.

İllər sonra verdiyi açıqlamada Kerroll yaşadıqlarından peşman olmadığını deyib:

"Peşman deyiləm. Heç nəyi dəyişdirməzdim" .

Bizə qoşulun