Bukmeykerlər 2026-cı il hokkey üzrə gənclər arasında dünya çempionatının favoritini müəyyən ediblər.
Medianews.az Lenta.ru-ya istinadən xəbər verir ki, favorit olaraq Kanada komandası seçilib.
Komandanın qələbə şansı 2.20, finala çıxmaq şansı 1.40 və yarımfinala çıxmaq şansı 1.05-dir. ABŞ (3.00) və İsveç (5.50) də favoritlərdir.
Turnir 26 dekabr 2025-ci ildə ABŞ-də, Minneapolis və Sent-Pol şəhərlərində başlayacaq.
50-ci Dünya Gənclər Çempionatı Grand Casino və 3M Arenada keçiriləcək.
Medianews.az