Medianews.az
İşə gecikən müəllim
65 baxış

İşə gecikən müəllim həbsxanalıq oldu

Taylandda müəllim iki dəfə işə gecikdiyinə görə həbs edilib.

Medianews.az xəbər verir ki, həbs edilən şəxs 40 yaşlı rusiyalı kişidir.

O, bir neçə il əvvəl Taylanda köçüb. Orada məktəbdə ingilis dili və bədən tərbiyəsi müəllimi kimi işə düzəlib. 

Rus müəllimin hüquqi problemləri iki dəfə işə gecikməsindən sonra başlayıb. O, iş intizamını bu şəkildə pozduğuna görə işdən çıxarılıb və sonradan iş vizası ləğv edilib.

O, yeni immiqrasiya möhürü almaq üçün Banqkok vasitəsilə başqa bir ölkəyə getmək istəyib, lakin saxıanılıb. Rus müəllim, yola düşərkən Taylandda qalmağa icazəsi olmadığı üçün həbsxanaya göndərilib.

Onunla əlaqəsi kəsilən ailəsi kömək üçün müraciət edib. Hazırda Taylanddakı Rusiya səfirliyi ilə əməkdaşlıq edən qohumları onu Taylanda qaytarmağa çalışırlar.

Medianews.az

Bizə qoşulun