Beynin qocalmasını yavaşlatmağın təsirli yolu müəyyən edilib. 159 mindən çox insanın məlumatlarının təhlili göstərib ki, orta yaşlarda sağlam qidalanma gələcəkdə yaddaş və düşüncə zəifləməsi riskini əhəmiyyətli dərəcədə azaldır.
Medianews.az xəbər verir ki, araşdırmanın nəticələri JAMA Neurology jurnalında dərc olunub.
Xüsusilə qan təzyiqini azaltmaq üçün hazırlanan DASH pəhrizi ən yaxşı nəticə göstərib. 45–54 yaşlarında bu pəhrizə əməl edənlərdə idrak geriləməsi riski digərləri ilə müqayisədə 41 faiz daha aşağı olub.
Tədqiqat həmçinin tərəvəz, meyvə və balıq istehlakının, eləcə də orta miqdarda şərab qəbulunun beyin fəaliyyətinə müsbət təsir etdiyini göstərib. Qırmızı və emal olunmuş ət, qızardılmış qidalar və şəkərli içkilər isə əks təsirlə əlaqələndirilib.
Alimlər vurğulayırlar ki, ürək-damar sağlamlığı birbaşa beyin sağlamlığı ilə bağlıdır və normal qan təzyiqinin qorunması idrak qocalmasını ləngidə bilər.
Medianews.az