Medianews.az
“Böyük Dəbilqə”də cüdoçularımızın
52 baxış

“Böyük Dəbilqə”də cüdoçularımızın ilk rəqibləri məlum oldu

Fransanın paytaxtı Parisdə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.

Medianews.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, püşkatmanın nəticələrinə görə cüdoçularımızın ilk rəqibləri müəyyənləşib.

Dünya Cüdo Turu seriyasına daxil olan ilin ilk yarışında Azərbaycan 5 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunacaq. Beynəlxalq turnirdə 78 ölkədən 488 cüdoçu iştirak edəcək.

Turnir sabah saat 11:00-da start götürəcək.

Kişilər

-60 kq, 1/16 final Balabəy Ağayev – Kim Hvasu (Koreya) / Fransisko Qarriqos (İspaniya) cütünün qalibi ilə

-66 kq, 1/16 final Nazir Talıbov – Migel Qaqo (Portuqaliya) / Erbol Abasbekov (Qırğızıstan) cütünün qalibi ilə Ruslan Paşayev – Yusuf Nurkoviç (Monteneqro) / Bence Ponqrats (Macarıstan) cütünün qalibi ilə

-81 kq, 1/16 final Zelim Tçkayev – Vanq Cian-nan (Çin) / Lova Mahaisoa Randrianasolo (Madaqaskar) cütünün qalibi ilə Vüsal Qələndərzadə – Saşa Jiqli (Fransa) / Mixaylo Svidrak (Ukrayna) cütünün qalibi ilə

-100 kq, 1/16 final Əjdər Bağırov – Denis Sedrik Nquyassa Bekai (Mərkəzi Afrika Respublikası) +100 kq, 1/16 final Uşanqi Kokauri – Marvin Belz (Almaniya) Kənan Nəsibov – Ştefan Heqi (Avstriya)

Bizə qoşulun