Medianews.az
Prezidentin AAYDA sədri təyin etdiyi
147 baxış

Prezidentin AAYDA sədri təyin etdiyi Nəsirli KİMDİR?

Xəbər verdiyimiz kimi, Saleh Ərşad oğlu Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. Yerinə isə Vüsal Zakir oğlu Nəsirli təyin edilib.

Medianews.az Vüsal Nəsirlinin dosyesini təqdim edir:

O, 1978-ci ildə İmişli şəhərində anadan olub.

2000-ci ildə Qafqaz Universitetinin İnzibati idarəetmə fakültəsinin Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr, 2002-ci ildə magistr pillələrini bitirib.

2009-2013-cü illərdə İqtisadi İnkişaf Nazirliyində "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsinin direktor müavini, 2013-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini vəzifələrində işləyib.

Hazırkı vəzifəsinə qədər əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb.

Evlidir, iki övladı var

Bizə qoşulun