Medianews.az
Rus ordusu “kor” oldu:
46 baxış

Rus ordusu “kor” oldu: Ukrayna sürətlə hazırlaşır

Cəbhədən daxil olan məlumatlar Rusiya hərbi bölmələrinin idarəetmə qabiliyyətində çox ciddi dərəcədə zəifləmə olduğunu göstərir. Rusiya qüvvələrinin "Starlink" peyk rabitəsindən məhrum qalması ilə bağlı xəbərlər fonunda koordinasiyada ciddi problemlər qeydə alınır. Rusiya Teleqram kanalları “dost atəşi” hallarının ilk nümunələri barədə məlumat verir. Xüsusilə Zaporojye istiqamətində idarəetmə səhvləri nəticəsində, təsdiqlənməmiş məlumatlara görə, 12-yə qədər rus hərbçisi həlak olub. Bu cür insidentlər rabitə və komandanlıq sistemində baş verən struktur pozuntularının birbaşa göstəricisidir.

Medianews.az xəbər verir ki, bu sözləri politoloq Kamran Cəfərov qeyd edib.

O bildirib ki, cəbhənin şimal-şərq istiqamətində də yeni dinamika müşahidə olunur:

“Xarkov vilayətində qısa müddət ərzində USQ ən güclü döyüş qabiliyyətli hissələri cəmləşdirilir (83-cü, 3-cü, 125-ci briqadalar və s).

Sözügedən briqalar Qərbin ən müasir texnikası ilə təchiz olunmaqla yanaşı, Qərbdə təlimlərdən keçən ən peşəkar hərbçilərdən ibarətdir və USQ-nin elitası sayılır.

Bu qüvvələrin cəmlənmə və rotasiya sürəti müdafiə xarakterli tədbirlər üçün qeyri-adi görünür. Rusiya ordusunda idarəetmə böhranı fonunda bu cür hərəkətlər Ukrayna tərəfinin aktiv əməliyyatlara hazırlaşa biləcəyinə işarə edir. Bir tərəfdə komandanlıq və rabitə sisteminin deqradasiyası, digər tərəfdə isə ən elit qüvvələrinin cəmləşməsi USQ-nin yeni əks-hücum əməliyyatına başlayacağına ehtimal yaradır”.

Bizə qoşulun