Medianews.az
DÇ-2026: Məğlubiyyətdən sonra
104 baxış

DÇ-2026: Məğlubiyyətdən sonra millidən GETDİ

Əlcəzair millisinin DÇ-2026-ya vida etməsindən sonra kapitan Riyad Marezin milli karyerasını yekunlaşdırdığını açıqlayıb.

Medianews.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano "X" sosial şəbəkəsində məlumat paylaşıb.

Hazırda Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunda oynuyan Marez, 2014-cü ildən bəri Əlcəzair yığmasının uğurları üçün çalışıb. O, milli komandada keçirdiyi 119 oyunda 40 qol vurub və 45 məhsuldar ötürmə edib. Təcrübəli hücumçu 2019-cu ildə ölkəsinə Afrika Millətlər Kubokunun qızıl medallarını qazandırıb.

Qeyd edək ki, Əlcəzair millisi DÇ-2026-nın 1/16 finalında İsveçrəyə 0:2 hesabı ilə uduzaraq dünya çempionatı ilə vidalaşıb.

Medianews.az

Bizə qoşulun