Medianews.az
DÇ-2026-nın rəsmi "Trionda" topu süni intellektlə
180 baxış

DÇ-2026-nın rəsmi "Trionda" topu süni intellektlə idarə olunacaq

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatında ilk dəfə olaraq turnirin rəsmi "Trionda" topuna quraşdırılmış yenilənmiş "Connected Ball Technology" tam şəkildə tətbiq ediləcək.

Medianews.az xəbər verir ki, topun daxilində onun hərəkəti barədə məlumatları real vaxt rejimində toplayan 14 qramlıq miniatür sensor yerləşdirilib.

Sistem məlumatları saniyədə 500 dəfə qeydə alaraq, topun sürətini, trayektoriyasını, fırlanmasını və oyunçunun ona toxunduğu dəqiq anı izləyəcək. Əldə edilən məlumatlar meydançanın ətrafında quraşdırılmış 12 yüksəksürətli kameranın göstəriciləri ilə birləşdiriləcək, bundan sonra süni intellekt hakimlərə kömək məqsədilə baş verənlərin üçölçülü modelini formalaşdıracaq.

Bu texnologiya ofsaydların müəyyənləşdirilməsində dəqiqliyi artırmaq üçün yaradılıb, belə ki, sensor ötürmə zamanı saniyənin dəqiq hissəsini, kamera sistemi isə futbolçuların mövqeyini qeydə alır. Bunun sayəsində mübahisəli epizodların sayının azaldılması və hakimlərin işinin, o cümlədən ehtimal olunan əllə oynama hallarının araşdırılması və qapı xəttində qolun qeydə alınması prosesinin sürətləndirilməsi nəzərdə tutulur.

Diqqətçəkən məqam ondan ibarətdir ki, "Trionda"nın konstruksiyası 2022-ci il dünya çempionatında istifadə olunmuş "Al Rihla" topu ilə müqayisədə daha da təkmilləşdirilib. İndi sensor panellərin birinin daxilindəki xüsusi bölmədə yerləşdirilib, ideal balansı qorumaq üçün isə mühəndislər əks-çəki sistemi əlavə ediblər.

Matçlardan əvvəl toplar şarj edilməlidir: daxili batareya təxminən altı saat fasiləsiz işləməyə bəs edir, oyun zamanı top dəyişdirildikdə isə sistem məlumat itkisi olmadan avtomatik olaraq yeni nüsxəyə keçid edir.//Oxu.Az 

Bizə qoşulun