Rusiyada üç kişi onlara pul verməkdən imtina edən qadının əllərinə qaynar su töküb.
Medianews.az xəbər verir ki, hadisə Yuqranın Langepas şəhərində baş verib.
Müstəntiqlər bildiriblər ki, 2025-ci ilin dekabrında üç şəxs iki hücum həyata keçirib. Birinci hücum zamanı qadından 30.000 rubl tələb edilib. Qadın imtina etdikdə ona qaynar su tökərək zərər vurublar. İkinci hadisədə isə hücumçular bir kişidən pul tələb ediblər. Onun pulunun olmaması müəyyən edildikdən sonra ona fiziki zorakılıq tətbiq ediblər.
Hücum edənlərə cinayət işi açılıb. Şəxslər 6 aprelə qədər məhkəməyəqədər həbsdə qalacaqlar.
Medianews.az