Medianews.az
Dələduzluğunda təqsirləndirilən şəxs Türkiyədə saxlandı -
190 baxış

Dələduzluğunda təqsirləndirilən şəxs Türkiyədə saxlandı - FOTO

ABŞ tarixinin ən böyük dövlət tibbi sığorta proqramı – Medikeyr (Medicare) dələduzluğu işlərindən birində əsas fiqurlardan biri olmaqda ittiham olunan İbrahim Haldun Hilminin Türkiyədə saxlandığı açıqlanıb.

Medianews.az xəbər verir ki, o, daha sonra ABŞ-yə ekstradisiya edilib.

ABŞ Federal Təhqiqatlar Bürosunun (FBI) direktoru Kaş Patel bildirib ki, Hilmi Medikeyr sisteminə qarşı 3,7 milyard dollarlıq dələduzluq sxeminin təşkilatçılarından biri olmaqda ittiham olunur. Onun 2025-ci ilin mayından axtarışda olduğu qeyd edilib.

Patelin sözlərinə görə, əməliyyat FBI-nin Mayami ofisi, ABŞ Ədliyyə Nazirliyi və Türkiyənin hüquq-mühafizə orqanlarının birgə əməkdaşlığı nəticəsində həyata keçirilib. O, saxlanılan şəxsin ekstradisiya olunduqdan sonra Mayamidə məhkəmə qarşısına çıxarılacağını bildirib.

Medianews.az

 

Bizə qoşulun