Günəşdə gün ərzində sondan əvvəlki güc sinfinə aid ikinci güclü partlayış qeydə alınıb.
Medianews.az-ın xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
"2 iyun tarixində Moskva vaxtı ilə saat 13:05-də (Bakı vaxtı ilə saat 14:05 - red.) 4455 günəş ləkələri qrupunda (N10W00) rentgen diapazonunda 31 dəqiqə davam edən M1.3 partlayışı qeydə alınıb", - deyə məlumatda bildirilib.//Oxu.Az