Mayın 1-dən neft ixracatçılarının OPEK+ koalisiyasında xam neftin gündəlik hasilat normaları qismən dəyişəcək.
Medianews.az bildirir ki, razılaşmaya görə, Səudiyyə Ərəbistanı hasilatı 10 milyon 228 min barrelə, Rusiya 9 milyon 699 min barrelə, İraq 4 milyon 326 min barrelə, Birləşmiş Ərəb Əmirlikləri 3 milyon 447 min barrelə, Küveyt 2 milyon 612 min barrelə, Qazaxıstan 1 milyon 589 min barrelə, Əlcəzair 983 min barrelə, Oman 821 min barrelə qaldırmaq hüququ əldə edib.
Qalan ölkələrin kvotaları belə qalır:
Meksika - 1 milyon 753 min barrel
Nigeriya - 1 milyon 500 min barrel
Azərbaycan - 551 min barrel
Malayziya - 401 min barrel
Konqo - 277 min barrel
Bəhreyn - 196 min barrel
Qabon - 177 min barrel
Cənubi Sudan - 124 min barrel
Bruney - 83 min barrel
Ekvatorial Qvineya - 70 min barrel
Sudan - 64 min barrel.
OPEK-ə Birləşmiş Ərəb Əmirlikləri, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Liviya, Qabon, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela daxildir, Azərbaycan, Bəhreyn, Braziliya, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan tərəfdaşlar sayılır.
Toğrul Əli,
Medianews.az