Medianews.az
İki tur: yolçular, yolda qalanlar, qollar
157 baxış

İki tur: yolçular, yolda qalanlar, qollar

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi 23-cü dünya futbol çempionatının qrup mərhələsində üç turun ikisi geridə qalıb.

Medianews.az bildirir ki, Meksika, ABŞ, Almaniya, Fransa, Norveç, Argentina və Kolumbiyanın mərhələ adladığı, Haiti, Türkiyə, Tunis, İordaniya və Panamanın qrupda qaldığı erkən dəqiqləşib.

İyunun 11-də start götürmüş çempionatda 48 komanda 12 qrupa bölünüb. Qruplarda ilk iki yeri tutanlar və üçüncülər arasında ən yaxşı nəticə göstərmiş 8 komanda 1/16 finala bilet alır.

Xallar bərabər olanda komandaların öz arasındakı oyunun nəticəsi əsas götürülür. Qalan meyarlar bunlardır: top fərqi, qol sayı, ən az rəsmi xəbərdarlıq (sarı və qırmızı kartlar), komandanın FİFA reytinqində yeri.

Qrup mərhələsi iyunun 28-də bitir. 1/16 final 28 iyun-4 iyula, 1/8 final 4-7 iyula, 1/4 final 9-12 iyula, yarımfinallar 14-15 iyula, üçüncü yer uğrunda oyun və final 19 iyula təyin olunub.

Geridə qalmış 48 oyunda 141 qol vurulub.

9 avtoqol qeydə alınıb.

Bombardirlər siyahısına 5 qolla Lionel Messi (Argentina) başçılıq edir.

Kilian Mbappe (Fransa) və Erlinq Holann (Norveç) 4, Conatan Devid (Kanada) və Dəniz Undav (Almaniya) 3 qol vurub.

20 oyunçu 2 qola, 73 oyunçu 1 qola imza atıb.

Əvvəlki 22 dünya çempionatında Braziliya 5, İtaliya və Almaniya 4, Argentina 3, Uruqvay və Fransa 2, İngiltərəİspaniya 1 dəfə zirvəyə möhür vurub.

Medianews.az

Bizə qoşulun