Medianews.az
İlqar Hacıyevə
59 baxış

İlqar Hacıyevə ağır cəza verildi

Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmada təqsirləndirilən "Akkord İnşaat Sənaye" ASC-nin keçmiş sahibi İlqar Hacıyevin cinayət işi üzrə məhkəməsi yekunlaşıb.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə qiyabi hökm oxunaraq İlqar Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İlqar Hacıyevə ötən ilin noyabr ayında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.

Bildirilib ki, onun barəsində 2017-ci ilədək qüvvədə olan Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2021-ci il tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Noyabrın 14-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək İlqar Hacıyev barəsində Cinayət Məcəlləsinin 1 dekabr 2017-ci ilədək qüvvədə olan 178.3.2 və 193-1.3.2 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul olunub.

Qeyd edilib ki, o, 2016-cı ildən 2017-ci ilədək "SDI Group" MMC-nin rəhbəri olarkən öz qulluq mövqeyindən istifadə etməklə 10 milyon dollar, yəni 16 milyon 270 min manat pulu Rusiya Federasiyasının Moskva şəhərində və Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportunun qarşısında alıb, zərərçəkmiş şəxsin külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirib və leqallaşdırıb.

Bizə qoşulun