İranın Hörmüzgan əyalətinin Sirik şəhəri yaxınlığında - Hörmüz boğazı bölgəsində ardıcıl partlayışlar baş verib.
Medianews.az xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb. Bu partlayışların boğazın su hövzəsində Amerika Birləşmiş Ştatları və İran hərbi qüvvələri arasındakı qarşılıqlı zərbələr nəticəsində meydana gəldiyi ehtimal olunur.
Bundan öncə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" mərkəzi qərargahından verilən açıqlamada ABŞ-nin ölkə ərazisinə endirdiyi davamlı zərbələrə cavab olaraq Tehranın Hörmüz boğazında gəmiçilik fəaliyyətini tam dayandırmaq qərarı aldığı qeyd edilmişdi. Eyni zamanda, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri boğazı keçməyə çalışan ən azı iki gəminin artıq hədəfə alındığını bəyan edib.//Bakıvaxtı.az