Medianews.az
İranın zərbələri nəticəsində bu ölkədə 13 nəfər ölüb -
67 baxış

İranın zərbələri nəticəsində bu ölkədə 13 nəfər ölüb - 230 nəfər yaralanıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə (HHM) qüvvələri mayın 10-da İran tərəfdən gələn iki pilotsuz uçuş aparatını ələ keçirib.

Medianews.az xəbər verir ki, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyinin "X" sosial şəbəkəsindəki bəyanatında deyilir.

"İranın hücumları başlayandan bəri BƏƏ-nin hava hücumundan müdafiə qüvvələri 551 ballistik raket, 29 qanadlı raket və 2 265 pilotsuz uçuş aparatını ələ keçirib. Pepperoni pizza

İranın BƏƏ dövlətinə hücumları başlayandan bəri yaralıların ümumi sayı müxtəlif millətlərdən 230 nəfərə çatıb".

Qurumdan qeyd edilib ki, ölənlərin sayı dəyişməyib - 13 nəfər olaraq qalır. 

BƏƏ Müdafiə Nazirliyindən vurğulayıblar ki, dövlətin təhlükəsizliyinin və suverenliyinin sarsıdılmasına yönəlmiş istənilən təhdidlərin qarşısını almaq üçün yüksək döyüş hazırlığı vəziyyətindədirlər. /yeni sabah

Bizə qoşulun