Medianews.az
İranla diplomatik kanal açıq qalır, yeni görüşlər mümkündür -
112 baxış

İranla diplomatik kanal açıq qalır, yeni görüşlər mümkündür - KİV

ABŞ və İran arasında Pakistanın paytaxtı İslamabadda keçirilən 21 saatlıq danışıqlar nəticəsiz başa çatsa da, diplomatik təmaslar davam edir.

Medianews.az xəbər verir ki, bununla bağlı ABŞ mediası məlumat yayıb.

Tərəflərin yaxın günlərdə yenidən danışıqlar masasına qayıda biləcəyi bildirilir.

“Wall Street Journal” nəşrinin yaydığı xəbərə əsasən, region ölkələri tərəfləri yenidən danışıqlara cəlb etmək üçün fəal diplomatik səylər göstərir.

Danışıqlarda əsas fikir ayrılıqları Hörmüz boğazının statusu, İranın uran proqramının gələcəyi və Tehranın dondurulmuş aktivlərinin azad edilməsi ilə bağlı olub. İran tərəfi uranın zənginləşdirilməsinin məhdud davamı və ya ehtiyatların azaldılması kimi təkliflər irəli sürsə də, razılıq əldə olunmayıb.

ABŞ vitse-prezidenti Cey Di Vens danışıqlarda razılaşma əldə olunmadığını təsdiqləyib və bunu daha çox İran üçün mənfi hal kimi qiymətləndirib. İran tərəfi isə uğursuzluğun səbəbini ABŞ-nin “həddindən artıq tələbləri” ilə izah edib.

Medianews.az

Bizə qoşulun