Medianews.az
İsmayıllıda ağır qəza:
112 baxış

İsmayıllıda ağır qəza: ÖLƏN VAR - FOTO

İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Medianews.az xəbər verir ki, hadisə Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun rayonun Aşıqbayram kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən piyadanı vurub.

Piyada aldığı ağır bədən xəsarətlərindən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır./Bzim.media

Bizə qoşulun