Medianews.az
Canlı yayım zamanı həyat yoldaşını vurdu -
153 baxış

Canlı yayım zamanı həyat yoldaşını vurdu - VİDEO

Türkiyənin Denizli şəhərində bir şəxs TikTok canlı yayımı zamanı həyat yoldaşına fiziki zorakılıq tətbiq edib.

Medianews.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülər geniş etiraz doğurub.

Kadrlarda ər-arvad arasında başlayan mübahisənin qısa müddətdə böyüdüyü və kişinin qadına qarşı zorakılıq etdiyi görünür. Hadisə zamanı onun yayımı davam etdirməsi də diqqət çəkib.

Sosial media istifadəçiləri görüntülərə sərt reaksiya verərək məsələ ilə bağlı hüquqi addım atılmasını tələb ediblər.

Hadisə ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Medianews.az

Bizə qoşulun