"Azərbaycana buna görə təşəkkür edirik. Ölkə bu beynəlxalq tədbirlə BMT-nin Məskunlaşdırma Proqramının işinə töhfə verir”
Medianews.az xəbər verir ki, bunu bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Assambleyasının Prezidenti Nga Kor Minq WUF13 çərçivəsində keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsi vacibdir: "Hesab edirik ki, belə platformalar bu baxımdan mühüm rol oynayır. Artıq elə bir mərhələdəyik ki, sadəcə müzakirələrlə kifayətlənməməli, ortaq baxışı konkret hədəflərə çevirməliyik".
Medianews.az