İtaliya A Seriyasının 37-ci turunda “Yuventus” öz meydanında “Fiorentina”ya 0:2 hesabı ilə uduzub.
Medianews.az xəbər verir ki, qonaq komandanın qollarını Şer Ndur və Rolando Mandraqora vurublar.
“Fiorentina”nın futbolçusu Luka Ranyeri isə matçın 72-ci dəqiqəsində qırmızı vərəqə alıb.
Bu nəticədən sonra “Yuventus” 68 xalla turnir cədvəlinin 6-cı pilləsinə geriləyib və UEFA Çempionlar Liqasına vəsiqə verən ilk dördlükdən kənarda qalıb.
Kenan Yıldız qarşılaşmada 90 dəqiqə meydanda olsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib. Turin təmsilçisi son turda “Torino” ilə üz-üzə gələcək.