Medianews.az
Azərbaycanın neft ixracı:
139 baxış

Azərbaycanın neft ixracı: əsas ünvanlar bilindi

Dövlət Gömrük Komitəsinin hesabatına görə, 2026-cı ilin ilk dörd ayında Azərbaycandan 4,3 milyard dollarlıq xam neft və xam neft məhsulu ixrac olunub.

Medianews.az bildirir ki, əsas ünvanlar belə sıralanıb: İtaliya, Rumıniya, Çexiya, Yunanıstan, Bolqarıstan, Portuqaliya, Xorvatiya, Almaniya, Tailand, Tunis.

İxracatçıların beynəlxalq koalisiyası Azərbaycan üçün xam neftin gündəlik hasilat normasını 551 min barrel müəyyən edib.

Azərbaycanın 2026-cı il büdcəsində bir barrel neft 65 dollardan götürülüb, “AzəriLayt” markalı Azərbaycan nefti yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35, maya 122,26 dollarla başlayıb.

Kondensatla birlikdə neft hasilatı 2008-ci ildə 44,5 milyon ton, 2009-cu ildə 50,4 milyon ton, 2010-cu ildə 50,8 milyon ton, 2011-ci ildə 45,6 milyon ton, 2012-ci ildə 43,4 milyon ton, 2013-cü ildə 43,5 milyon ton, 2014-cü ildə 42 milyon ton, 2015-ci ildə 41,6 milyon ton, 2016-cı ildə 41 milyon ton, 2017-ci ildə 38,7 milyon ton, 2018-ci ildə 38,8 milyon ton, 2019-cu ildə 37,4 milyon ton, 2020-ci ildə 34,5 milyon ton, 2021-ci ildə 34,6 milyon ton, 2022-ci ildə 32,6 milyon ton, 2023-cü ildə 30,2 milyon ton, 2024-cü ildə 29,1 milyon ton, 2025-ci ildə 27,7 milyon ton, 2026-cı ilin ilk rübündə 6,6 milyon ton göstərilib

Medianews.az

Bizə qoşulun